““Qarabağ”a qarşı bundan böyük motivasiya ola bilməz”
7 Dekabr 2015 11:17 İdmanAvropa Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək Belçikanın "Anderlext" klubunun futbolçusu Steven Defur yerli mətbuata açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, o, təmsilçimizlə matçdan danışıb. Defur bildirib ki, Azərbaycan klubu ilə evdə oynamaq ən böyük motivasiyadır: "Biz "Qarabağ"a qarşı evdə oynayacağıq. Doğma azarkeşlər önündə çıxış etmək əladır. Bizim üçün də bundan böyük motivasiya ola bilməz. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31