Klub rəsmilərimiz UEFA-nın seminarında

Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun seminarı keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdı. Proqram UEFA və Lozanna Universitetindəki "Swiss Graduate School of Public Administration" (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir. Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31