Ukraynalı məşqçi: Bezotosnının ən böyük üstünlüyü...

"Bezotosnı uzun müddət böyük qardaşımla çalışıb. Hazırda da eyni komandada fəaliyyət göstərirlər". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenkonun kiçik qardaşı Aleksandr Qluşenko deyib. Ukrayna mətbuatına geniş müsahibə verən Qluşenko söhbət əsnasında "Qəbələ"də çalışan böyük qardaşı Andrey Qluşenko və "qırmızı-qaralar"ın qolkiperi Dmitri Bezotosnı haqda fikirlərini bölüşüb. Onun sözlərinə görə, Bezotosnının bu səviyyəyə çatmasında qardaşı Andreyin böyük rolu olub: "Dima "Qəbələ"yə keçənə qədər uzun müddət "Metallurq" və "Çernomorets"in heyətində çıxıb. Bu klublarda stabil oyun sərgiləyərək, özünü yaxşı tərəfdən göstərib. Odessalıların heyətində Avropa səviyyəsinə çatıb. Onun qapıçı kimi inkişafı qardaşımın rəhbərliyi altında olub". Qardaşı kimi qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirən Aleksandr Qluşenko bildirib ki, Bezotosnının ən üstün cəhəti heç də boyunun hündür olması və ya çıxışlarda yaxşı oynamasında deyil: "Bu qapıçının ən böyük üstünlüyü stabil oyun nümayiş etdirməsidi. Hamı görür ki, Bezotosnı uzun illərdi stabilliyini qoruyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31