Korrupsiyada ittiham edilən sabiq federasiya rəhbəri: Mən rüşvət almamışam

İsveçrə polisinin dünən keçirdiyi əməliyyat nəticəsində dünən həbs edilən 16 nəfərdən ikisi öz günahını təkzib edir. Apasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, bunlar Peru Futbol Federasiyasının sabiq prezidenti Manual Burqa və KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika, həmçinin Karib dənizi hövzəsi ölkələrinin futbol federasiyası) keçmiş rəsmilərindən olan Ariel Alvaradodu.

Hər ikisi rüşvətxorluqda ittiham edilsə də, bu ittihamları qəbul etmirlər.

Məsələ ilə bağlı danışan Burqa günahsız olduğunu deyib: "İstəyirəm ki, hər şeyə aydınlıq gəlsin. Mən rüşvət almamışam. Günahsızam".

Burqa kimi, Alvarado da haqsız yerə ittiham olunduğunu düşünür. O, gec-tez məsələyə aydınlıq gələcəyini bildirib: "Məni rüşvətxorluqda günahlandırmalarına çox təəccübləndim. Həm şəxsiyyət, həm idman rəsmisi, həm də bir ata kimi mənə qarşı ittihamların aradan qalxacağını bəyan edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31