Aquero qərarını verdi
3 Dekabr 2015 18:50 İdman"Mançester Siti" Serxio Aqueronun Avropada son klubu olacaq. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını vətəni Argentinada davam etdirmək fikrindədi. Bununla bağlı açıqlama verən Aquero "Mançester Siti" ilə yeni müqavilə bağlamayacağını söyləyib: "Həmişə demişəm ki, karyeramı "İndependiente" klubunda tamamlamaq istəyirəm. Qərara gəlmişəm ki, "Mançester Siti" ilə müqaviləm başa çatan kimi vətənə qayıdım. Argentinaya zəif formada dönmək istəmirəm".
Qeyd edək ki, Aqueronun "Mançester Siti" ilə müqavilə müddəti 2019-cu ilə qədərdi. Həmin vaxt isə onun 31 yaşı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31