Tennisçilərimiz Finlandiyada açıq turnirdə iştirak edəcək
3 Dekabr 2015 14:56 İdmanFinlandiyanın Lohiya Kisakallio şəhərində stolüstü tennis üzrə kişi və qadın tennisçilər arasında ənənəvi 26-cı açıq turnir keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, dekbarın 6-dək davam edəcək yarışlarda ölkəmizi yarışda baş məşqçilər Aleksandr Zudov və Leşek Kuxarskinin rəhbərliyi ilə yığma komandanın üzvləri Cəfər Cəfərzadə, Xəyal Həşimli, qadınlardan Denq Simenq, Zou Çuyi, Məryəm İmanova və Nəzakət Qarayeva təmsil edəcəklər. Geyd etmək lazımdır ki, idman tədbiri Beynəlxalq Stolüstü Tennis Federasiyasının və Avropa Stolüstü Tennis Birliyinin müəyyən edəcəyi reytinq xarakteri daşıyır. İdmançılarımız dekabr ayının 8-də Vətənə dönəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31