Ölkə kubokunda iki ilk

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yüksələn ilk 3 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəni gələn il davam etdirmək hüququ qazanan klublardan ikisi ilk dəfə belə uğura nail olub. Belə ki, AZAL-ı mübarizədən kənarlaşdıran (2:1) "Zirə" və "Neftçala"dan üstün olan "Sumqayıt" ilk dəfə 8 ən güclü sırasına düşüb. Onlar buna nail olan klubların sayını 43-ə çatdırıb. Bunadək yalnız 41 komanda buna nail olmuşdu. "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edən "İnter" isə 13-cü dəfə 1/4 finalda oynayaacq. Onlar bu göstəricidə 4-cüdü. Yalnız "Neftçi" (23), "Qarabağ" (16) və "Bakı" (15) yarımfinalın bir addımlığına daha çox çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31