Kamal Quliyev: Premyer Liqadan dəm vururuq...

"Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular". Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev deyib. Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sumqayıt"la qarşılaşan "Neftçala" 0:1 hesabı ilə uduzub. Nəticədə növbəti mərhələyə adlayan komanda "gənclik şəhəri" təmsilçisi olub. Matçla bağlı fikirlərini bölüşən Quliyev diqqətlərinə I Diviziona yönəltdiklərini bildirib: "Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, "Sumqayıt"la oyun bizim üçün sınaqdı. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdı. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik". "Sumqayıt"ın məşqçisi Vəfadar Quliyev isə qələbəni şərh edib: "Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31