“Anderlext”in liderinin taleyi “Qarabağ”ın əlindədi

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Anderlext" qış fasiləsində aparıcı futbolçusu Gillaume Jille ilə yollarını ayıra bilər. Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, 31 yaşlı futbolçu ABŞ klublarından sərfəli təklif alıb. MLS liqasının iki klubu "Los Anceles Qalaksi" və "Nyu-York Red Bulls" Belçika millisinin üzvünü qış fasiləsində heyətinə qatmaq niyyətindədilər. Hər iki komanda bunun üçün həm "Anderlext"ə, həm də Jilleyə yüksək məbləğdə pul təklif edib. Lakin Belçika təmsilçisi lideri ilə bağlı qərarı "Qarabağ"la qarşılaşmadan sonra verəcəyini açıqlayıb. Əgər "Anderlext" qrup mərhələsinin son turunda "Qarabağ"a qalib gəlsə və Avropa Liqasında mübarizəni davam etdirsə, yarımmüdafiəçini satmayacaq. Əks təqdirdə, çox güman ki, Jille yanvardan etibarən ABŞ-a köçəcək.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" oyunu dekabrın 10-da "Konstant Vanden Stok" stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31