Güləşçilərimiz 21 medal qazandı

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başa çatıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparıb. Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələnib. Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz 1 gümüş medal qazanıb. Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 5 qızıl, 8 gümüş və 8 bürünc medalla başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31