Millimizin üzvü oynadı, komandası qələbə qazandı
30 Noyabr 2015 11:38 İdmanAzərbaycan yığmasının üzvü Toğrul Eratın komandası "Fortuna II" Almaniyanın Regionalliqasının Qərb Zonasında növbəti görüşünü keçirib. Apasport.az saytı xəbər verir ki, "Oberhauzen"i qəbul edən Düsseldorf təmsilçisi meydanı 3 xalla tərk edib. Qarşılaşma Eratın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Fortuna II"nin yeganə qolunan Türkiyə əsilli futbolçu Kemal Rüzgar imza atıb. Yığmamızın oyunçusu bu görüşə start heyətində çıxıb. Erat zədədən yeni qayıtmasına baxmayaraq, məşqçilər korpusu ona ilk "11-lik"də şans verib. İlk hissəni meydanda keçirən Erat fasilədə əvəzlənib.
Qeyd edək ki, 17 turdan sonra 25 xal toplayan "Fortuna II" hazırda turnir cədvəlində 7-ci yerdədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31