“Valensiya” baş məşqçisiz qaldı
30 Noyabr 2015 11:35 İdman"Valensiya"da baş məşqçi istefası reallaşıb. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqa klubu çalışdırıcısı Nunu Santu ilə yollarını ayırıb. Buna səbəb "yarasalar"ın mövsümə uğursuz start götürmələridi. XIII turda "Sevilya"ya (0:1) məğlubiyyət 41 yaşlı mütəxəssisin istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə nəticələnib. Santu klub prezidenti ilə məsləhətləşdikdən sonra belə bir qərara gəldiyini söyləyib: "Komandada vəziyyət yaxşı olmadığından, istefa verdim. "Valensiya" kimi klubun baş məşqçisi olmaq mənim üçün şərəf idi. Amma indi getmək vaxtıdı. Bütün futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, 13 turdan sonra aktivində 19 xal olan "Valensiya" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31