"Neftçi İdman Klubu"nun üzvü Avropa çempionatında bürünc medal qazandı
27 Noyabr 2015 19:00 İdmanMacarıstanın Eger şəhərində paralimpiyaçıların pauerliftinq üzrə açıq Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, lisenziya xarakteri daşıyan mötəbər turnirdə "Neftçi İdman Klubu"nun təmsilçisi Ahməd Razm Azər də qüvvəsini sınayıb. 65 kq çəki dərəcəsində yarışan pauerliftinqçinin çıxışı uğurlu olub. Razm Azər 174 kq ağırlığın öhdəsindən gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31