Zaur Svanadze Gəncə stadionundan narazı qaldı
27 Noyabr 2015 19:49 İdman"Bu cür meydanda baxımlı oyun sərgiləmək çox çətindi". Apasport.az saytının məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının XIV turunda "Kəpəz"lə oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis gərgin keçən görüşdə qapılara qol vurulmamağını belə şərh edib: "Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31