"Premyer Liqanın səviyyəsi son 15 ildə ən aşağıdır"

"Manchester United"in keçmiş müdafiəçisi Rio Ferdinand hazırki Premyer Liqanın səviyyəsi haqqında fikirlərini bildirib. Goal.az xəbər verir ki, Ferdinand bunları deyib: "Komandalar son 15 ildə inkişaf etməyiblər. Hazırki Premyer Liqa futbolun keyfiyyətinə görə ən aşağıdır. Əvvəla, dünyanın ən güclü futbolçuları Premyer Liqada oynamırlar. "İkinci eşelon" da bizdə çıxış etmir. Daha bir arqument. Premyer Liqanın heç bir klubu 1999 və 2008-ci illərin "Manchester United"ni, Mourinyonun ilk mövsümündəki "Chelsea"ni və qarşısıalınmaz "Arsenal"a qalib gələ bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31