Rus klubları Türkiyə toplanışından imtina etdilər

Rusiya Futbol İttifaqı (RFİ) ölkə klublarına qışda təlim-məşq toplanışı üçün Antalyaya getməməyi tövsiyə edib. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu tövsiyə Türkiyənin Rusiya hərbi hava qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsini vurması səbəbindən səsləndirilib.

Qeyd edək ki, adisədən sonra Rusiya dövləti öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin bildirib ki, RFİ-nin İcraiyyə Komitəsi "klublara tələb yox, yalnız tövsiyə irəli sürüb". Rusiya mətbuatı yazıb ki, iki ölkə arasında siyasi gərginliyi nəzərə alsaq, klubların hamısı bu tövsiyəni yerinə yetirəcək və Antalya hazırlığında imtina edəcək.

Qeyd edək ki, artıq "Rostov", "Kuban", "Ufa", "Amkar", "Krasnodar" və "Spartak" Antalyadakı təlim-məşq toplanışlarına getməyəcəklərini bəyan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31