“Uzun məsafə "Tottenhem"ə problem yaradacaq”
26 Noyabr 2015 18:40 İdmanBu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Tottenhem"in futbolçusu Erik Dayer klubun rəsmi saytına açıqlama verib. "Qafqazinfo"nun yaydığı xəbərə görə, yarımmüdafiəçi Azərbaycan təmsilçisini güclü rəqib adlandırıb. Dayer bildirib ki, uzun məsafə qət etmələri matçda onlara çətinlik yaradacaq: "Biz ilk oyunda gördük ki, "Qarabağ" güclü rəqibdir. Bu komanda meydanda öz futbolunu oynayır və daha çox top saxlamağa çalışır. Bizim üçün heç də asan olmayacaq. Uzun yol qət etməyimiz bizə problem yaradacaq. Amma biz hər zaman heç bir maneəyə baxmayaraq meydana qələbə üçün çıxacağıq. 3 xal qazanmaq komandamız üçün vacibdir".
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" görüşü bu gün saat 22:00-da Tofiq Bəhramov adın Respublika stadionunda baş tutacaq.