UEFA Bakı "İnter"inə qarşı iş açdı
26 Noyabr 2015 18:35 İdmanUEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunlar Portuqaliya "Braqa"sı, Rumıniya "Tırqu-Mureş"i, "Astra"sı və "Botoşani"si və Ukrayna "Dnepr"i ilə yanaşı, Azərbaycanın "İnter" komandasıdır. Onlar 30 iyun - 30 sentyabr aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır. Bu klublara mükafatın ödənişləri müvəqqəti dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31