“Qarabağ”-ın müdafiəçisi şagirdlərlə görüşdü
26 Noyabr 2015 13:45 İdmanAvropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"- "Tottenham" qarşılaşmasından öncə Qarabağ futbol komandasının ulduz oyunçusu Qara Qarayev Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyini ziyarət edib. Liseydən "OLAYLAR"-a bildirilib ki, futbolçu təhsil ocağının müəllim və şagird heyəti ilə görüşüb, dərs prosesini izləyib. Liseyin direktoru Ali Devrimlə oyun öncəsi komandanın durumu, ümumiyyətlə Azərbaycan futbolunun mövcud vəziyyəti barədə danışan Qara Qarayev direktora top hədiyyə edib. Ö növbəsində Ali Devrim liseyin müəllim və şagird heyətinin hər zaman "Qarabağ" futbol komandasına pərəstiş etdiyini bildirib və "Totteham"la oyunda komandamıza uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31