Avroliqa matçı terror təhlükəsinə görə azarkeşsiz keçiriləcək
25 Noyabr 2015 16:05 İdmanAvropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Brügge" - "Napoli" matçı boş tribunalar önündə oynanacaq. Ölkə.az xəbər verir ki, "Brügge" rəhbərliyi ölkədə terror aktları təhlükəsini nəzərə alaraq görüşə azarkeş girişini qadağan edib. Rəhbərlik bu addımı atmağa məcbur olduqlarını bildirib.
Qeyd edək ki, "Brügge" - "Napoli" matçı" noyabrın 26-da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31