Tennisçilərimiz Sankt – Peterburqa gedib
24 Noyabr 2015 12:40 İdmanRusiyanın Sankt-Peterburq şəhərində Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə XV açıq turnirə start verilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, ənənəvi olaraq keçirilən və bu ildən etibarən Beynəlxalq Stolüstü Tennis Federasiyasının təqviminə daxil edilən tədbirin nəticələrinə əsasən iştirakçıların beynəlxalq reytinqi müəyyən ediləcək. Turnirdə ölkəmizi Azərbaycanın yığma komandasının baş məşqçisi Aleksandr Zudovun və məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə idmançılarımız Kənan Pənahov, Emin Məmmədov, Sadıq Sadiqov, Nəzakət Qarayeva və Zou Çuyi təmsil edəcəklər. Turnir noyabrın 29- da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31