Veloyürüş keçirilib
24 Noyabr 2015 12:37 İdman"Sağlam Düşüncə" Gənclər Təşkilatı "Təbiət Dostları" Gənclər Təşkilatı ilə birgə Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Yaşıl düşüncə" ekoloji maarifləndirmə kampaniyası çərçivəsində velo-yürüş keçirib. "OLAYLAR"-ın xəbərinə görə, Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan velo Velo-yürüşdə Bakıdan və Sumayıtdan 70-dən çox həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən keçməklə 15 km-lik marşurutu əhatə edib. Yürüşdə velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etmək, şəhər əhalisinin diqqətini ekoloji problemlərə cəlb etmək üçün yürüş iştirakçıları kampaniyanın şuarı əks edilmiş köynəklərlə təmin edilib. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunub.