“Qalatasaray”ın təklifləri mənim üçün digər təkliflərdən fərqlidi" - Mustafa Dənizli

"Reputasiyamla bağlı ancaq "Qalatasaray"da risk edərəm. Buna görə də, təklifə razılıq verdim". Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Mustafa Dənizli deyib. İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayan "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi təəssüratlarını bölüşüb. "Qalatasaray"a qayıtdığına görə şad olan Dənizli bunları deyib: "Futbolçu karyerama "Qalatasaray"da son qoymuşam. Məşqçi kimi də bu klubda uğurlar əldə etmişəm. Odu ki, "Qalatasaray"ın təklifləri mənim üçün digər təkliflərdən fərqlidi".  66 yaşlı çalışdırıcı qeyd edib ki, "Qalatasaray"ın sabiq baş məşqçiləri - Fatih Terim və Hamza Hamzaoğlundan kömək istəyəcək: "Bu vəzifəni mənə həvalə etmələrindən qürur duyuram. Futbolçular və azarkeşlərimizlə birlikdə hər şeyi gerçəkləşdirəcəyik. Vaxtilə burda işləmiş 2 dostumdan dəstək istəyə bilərəm. Birincisi, Fatih Terimdi, ikincisi Hamza Hamzaoğludu. Hər ikisindən dəstək istəyəcəm. Çünki burda ən yaxşı işləmək şərtlərini onlar bilirlər".

Qeyd edək ki, Dənizli 1987-1989 və 1990-1992-ci illərdə də "cim-bom"u çalışdırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31