Salonikidə yubileyi gözləyənlər
24 Noyabr 2015 11:03 İdmanAvropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la Yunanıstandakı qarşılaşması "Qəbələ"nin bəzi futbolçuları üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 5 futbolçu noyabrın 26-dakı görüşdə avrokuboklarda əlamətdar matçına çıxmaq imkanına malikdi. Lakin onlardan biri - Sergey Zenyovun 30-cu görüşünü keçirməsi inandırıcı görünmür. Çünki estoniyalı zədədən əziyyət çəkir. Meydana çıxacağı halda, Aleksey Antonov 35-ci, Georgi Floresku 25-ci, Samir Zərgərov 10-cu, Elvin Camalov 5-ci avrokubok qarşılaşmasında iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31