“Qəbələ” önündə işimiz çox çətin olacaq” - PAOK-un futbolçusu

"Hazırda komandamızda böhran hökm sürür. Bu da oyunumuza və nəticələrimizə bilavasitə təsir edir". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin Avropa Liqasındakı rəqibi PAOK-un futbolçusu Robert Mak deyib. Avroliqanın qrup mərhələsi çərçivəsində "Qəbələ"ni qəbul edəcək Yunanıstan klubu heç də yaxşı günlərini keçirmir. Saloniki təmsilçisinin slovakiyalı yarımmüdafiəçisi də bu gedişatı dəyişmə "Nə deyəcəyimi bilmirəm. "Panetolikos"la heç-heçə etdiyimiz (0:0) çempionat görüşündə qələbə qazanmağa borclu idik. Bu nəticə bizi sevindirə bilməz. Artıq mövsümün əvvəlindəki kimi oynaya bilmirik. Bir komanda şəklində çıxış etməliyik. Əks təqdirdə "Qəbələ" ilə oyunda işimiz çox çətin olacaq. Biz futbolçular qələbəyə köklənmişik. Lakin bunun üçün psixoloji durumdan çıxmalıyıq".

Qeyd edək ki, PAOK - "Qəbələ" oyunu noyabrın 26-da Saloniki şəhərinin "Tumba" stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31