“Qəbələ”nin Türkiyədəki rəqiblərindən biri müəyyənləşdi

"Qəbələ" Polşanın "Poqon" klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz qışda Türkiyədə keçirəcəyi təlim-məşq toplanışında Şetsin klubu ilə üz-üzə gələcək. Belə ki, mövsümün ilk yarısı başa çatmasa da, artıq hazırlıqla bağlı planlarını cızan "Poqon" yoxlama oyunlarındakı rəqiblərin axtarışına çıxıb. Polşalı həmkarlarımızın iddia edir ki, şetsinlilərin qarşılaşacağı komandalardan ikisi bəllidi. Gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək "Poqon" ayın 27-də "Qəbələ" ilə matçda qüvvəsini sınayacaq.  Polşalılar fevralın 3-də Bolqarıstan "Levski"si ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Poqon" bir neçə il əvvəl Bakı "İnter"inin futbolçusu Nizami Hacıyevi transfer etməyə yaxın olsa da, sonda tərəflər arasında razılıq əldə edilməmişdi. Polşa çempionatının yüksək liqasında çıxış edən Şetsin təmsilçisi 16 turdan sonra 23 xalla 6-cı pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31