Azərbaycan kubokunun finalını idarə edən hakim “Monako” – “Anderlext” oyununda
23 Noyabr 2015 18:30 İdmanAvropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Monako" (Fransa) - "Anderlext" (Belçika) Azərbaycan futbolu üçün tanış hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, J qrupunda mübarizə aparan "Qarabağ"ın rəqiblərinin oyununa almaniyalı Manuel Qraf təyinat alıb.
1/16 final mərhələsinə vəsiqələr baxımından böyük önəm kəsb edən görüşün 42 yaşlı FİFA hakimi Azərbaycan kubokunun matçını idarə etməklə tarixə düşüb. O, "Xəzər Lənkəran"la "İnter" arasında final matçının baş hakimi olub. 2008-ci ildəki qarşılaşmada 2:0 hesabı ilə qalib gələn cənublular ardıcıl 2-ci dəfə kuboka yiyələnib.
Qeyd edək ki, "Monako" - "Anderlext" oyunu noyabrın 26-da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31