PAOK – “Qəbələ” matçının təhlükəsizlik tədbirləri gücləndiriləcək

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" matçının biletləri satışa çıxarılıb. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, görüşü tribunadan izləmək istəyən azarkeşlər bu gündən etibarən bilet ala biləcəklər. Bilet satışı noyabrın 25-ə qədər davam edəcək. Ən ucuz biletin qiyməti 10 avrodu. VİP biletləri almaq istəyən futbolsevərlər isə 70 avrolarından keçməli olacaqlar. Klub rəhbərliyi qrup mərhələsinin əvvəlki görüşləri ilə müqayisədə, bu matçın təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək. Bu ay Parisdə keçirilmiş Fransa - Almaniya oyunu zamanı stadionun ətrafında partlayışın baş verməsi yunanları da qorxuya salıb. Terror aktı təhlükəsini nəzərə alan PAOK rəhbərliyi yerli azarkeşlərin "Tumba" stadionuna bir qədər tez girməsinə şərait yaradacaq.

Qeyd edək ki, PAOK - "Qəbələ" qarşılaşması Bakı vaxtı ilə 00:05-də start götürəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31