Prosineçki, Robben, Mxitaryan və başqaları
19 Noyabr 2015 18:20 İdmanNorveç mətbuatı AVRO-2016 ilə bağlı maraqlı yazı hazırlayıb. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız qitə birinciliyinin final mərhələsindən kənarda qalan ən güclü heyəti müəyyənləşdirib. Simvolik yığmaya final mərhələsinə yollana bilməyən ölkələrin hərəsindən bir futbolçu salınıb. Maraqlıdı ki, burda Azərbaycan təmsilçisinə də yer verilib. Ölkəmizi isə hansısa futbolçumuz yox, millimizin baş məşqçisi Robert Prosineçki təmsil edir. Norveçlilər simvolik komandanın baş məşqçisi qismində məhz Prosineçkini göstəriblər.
AVRO-2016-dan kənarda qalan simvolik heyət belədi:
Qapıçı: Samir Handanoviç (Sloveniya)
Müdafiəçilər: Omar Elabdellaui (Norveç), Sokratis Papastatopulos (Yunanıstan), Stefan Saviç (Monteneqro), Aleksandar Kolarov (Serbiya)
Yarımmüdafiəçilər: Nir Bitton (İsrail), Kristian Eriksen (Danimarka), Henrik Mxitaryan (Ermənistan)
Hücumçular: Aryen Robben (Hollandiya), Stiven Neysmit (Şotlandiya), Edin Dzeko (Bosniya və Herseqovina)
Baş məşqçi: Robert Prosineçki (Azərbaycan)