Viktor Valdes Barselonada?
19 Noyabr 2015 18:15 İdmanViktor Valdes Barselonaya qayıda bilər. Apasport.az xəbər verir ki, təcrübəli qapıçı "Espanyol"la danışıqlar aparır. "Mançester Yunayted"in heyətində yer alsa da, baş məşqçi Lui Van Qal tərəfindən heyətdən kənarlaşdırılan Valdes İspaniyaya azad agent kimi dönəcək.
Qeyd edək ki, ötən ilin qışında "qırmızı şeytanlar"la anlaşan ispan qapıçı bu müddətdə cəmi 2 matçda forma geyinmək şansı qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31