“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi
19 Noyabr 2015 00:18 İdmanTürkiyənin "Qalatasaray" futbol klubu baş məşqçisi Həmzə Həmzəoğlu istefaya göndərilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib.
Qeyd olunur ki, "Qalatasaray" futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun müqaviləsinə əldə olunan qarşılıqlı razılaşma çərçivəsində xitam verilib.
"Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, ona bundan sonrakı karyerasında uğurlar diləyirik", - məlumatda bildirilir.
Xatırladaq ki, Həmzə Həmzəoğlu "Qalatasaray"a 2014-cü il dekabrın 1-də baş məşqçi təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31