"Real Madrid"də nə baş verir?

"Real Madrid"in Ronaldu üçün transfer qiyməti müəyyən etməsi barədə məlumat vermişdik. İspaniya mediası bunun səbəbini araşdırmağa çalışıb. Goal.az xəbər verir ki, nüfuzlu "As" nəşri "Real" prezidenti Florentino Perezin PSG ilə oyunda Loran Blanla portuqal ulduzun danışmasından narazı qalıb. "Sevilla" ilə matçdan sonra (2:3) 30 yaşlı hücumçu ilə şəxsi söhbəti zamanı isə Ronaldu hazırki məşqçinin (Benitez) komandaya titul qazandıra bilməyəcəyini söyləyib. Bu informasiyanı "El Confidential" nəşri yayıb.

Qeyd edək ki, daha öncə Xames Rodriqez da Rafa Benitezlə qiyabi "söz savaşı"na çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31