"Valensiya"nın hücumçusu bir aylıq sıradan çıxdı
17 Noyabr 2015 18:50 İdman"Valensiya" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, zədədən əziyyət çəkən komandanın hücumçusu Alvaro Neqredo əməliyyat olunub. 30 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Cari mövsüm "Valensiya"nın heyətində 5 oyuna çıxan Neqredo 1 qol vurub.
Qeyd edək ki, Neqredo yayda 30 milyon avro müqabilində "Mançester Siti"dən transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31