85 yaşlı federasiya prezidenti istefa verdi

Avstraliya Futbol Federasiyasının prezidenti Frenk Loui vəzifəsindən istefa verib. Qol.Az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 85 yaşlı Loui çalışdığı 20 il ərzində Avstraliya futbolunda böyük işlər görüb. Ölkə futboluna xeyli investisiya qoyan Loui bir sıra islahatlar aparıb. Onu Avstraliya Futbol Federasiyasının prezidenti vəzifəsində oğlu Stiven Luoi əvəzləyəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31