AVRO-2016-nın seçmə mərhələsi: İrlandiya - Bosniya və Hersoqovina - 2:0

AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində daha bir matç baş tutub.

APA-nın məlumatına görə, İrlandiya millisi Bosniya və Herseqovinanı qəbul edib.

Oyunda 2:0 hesabı ilə qalib gələn İrlandiya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı.

AVRO-2016-nın seçmə mərhələsi
Pley-off
Cavab oyunları

16 noyabr
İrlandiya - Bosniya və Hersoqovina - 2:0
Qollar: Uolters, 24-pen (1:0), 70 (2:0)
İlk oyun - 1:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31