Moldova yığmasının Bakıdakı məşqi yarımçıq qaldı

Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb. Qol.Az-ın "sportnet.az"a istinadən yaydığı xəbərə görə, buna güclü külək səbəb olub. Şiddətli külək nəticəsində qonaqların məşqi bir saatdan da az davam edib və komanda məskunlaşdığı otelə qayıtmağa məcbur olub.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova qarşılaşması saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31