Tennisçilərimiz turnirdən qalib ayrıldı

Noyabr ayının 13- dən 15- dək Estoniyanın Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında komanda və şəxsi dərəcələrdə tanınmış tennisçi Albert Kanepinin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə bu tədbirdə iştirak ediblər. Yarışda Estoniya , Litva , Latviya , Rusiya ,Finlandiya ,Danimarka və İsveç idmançıları mübarizə aparıblar. Turnirin birinci günü keçirilmiş komanda yarışlarında idmançılarımız yaxşı oyun nümayiş etdirərək final mərhələsinə çıxıb və burada şox güclü rəqib olan Estoniya komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb burinci yeri qazanıblar. Gənclər və yeniyetmələr arasında təşkil olunmuş şəxsi dərəcədə idmançımız Denq Simenq təcrübəli estoniyalı oyunçusuna böyük xal hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Yığmamızın digər üzvü Zou Çuyi də layiqli oyun nümayiş etdirərək turnirdə üçüncü yerə sahib olub. Estoniya mötəbər idman tədbirində Azərbaycanın stolüstü tennisçiləri böyük uğura imza ataraq , yeddi ölkə arasında ən güclü olduqlarını sübut edib yarışın çempionları adını qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31