Tennisçilərimiz Estoniyaya gedib

Noyabr ayının 12-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya  yola düşüb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, iİdmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə həsr olunmuş yunior və kadetlər arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər .Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli tədbirində idmançılar komanda və şəxsi dərəcələrdə mübarizə aparacaqlar. Yarışlar noyabr ayının 15 - dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31