”Nefçi”nin çıxış yolunu bilsəm də, demərəm”

"Görünən kəndə nə bələdçi? "Neftçi"nin durumu göz qabağındadır. Ancaq bu gün "Neftçi"də başqa baş məşqçi və məşqçilər var. Buna görə də komandanın nəticlərinə onlar cavab verməlidir". Bu sözləri Qol.Az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib. Sabiq komandasının bu vəziyyətə düşəcəyini əvvəlcədən proqnozlaşdırdığını bildirən Hacıyev çıxış yolları haqda danışmaq istəməyib: "Mənim çalışdığım dövrdəki "Neftçi" ilə indiki "Neftçi" arasındakı fərqi görürsünüz. Bu gün kiminsə bostanına daş atmaq istəmirəm. İndi o klubda Əsgər Abdullayev, Vəli Qasımov və Səməd Qurbanov kimi şəxslər çalışır. Onlarda da futbolu az bilmir.  Çıxış yolunu bilsəm də, demərəm. Özləri bilərlər. O dövrdə demişdim ki, mən "Neftçi"dən gedəndən 5-6 ay sonra klubun vəziyyətinə bir yerdə baxarıq. Nə demişəmsə hamısı zamanla olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31