Türkiyəli basketbolçu Amerikada ölü tapıldı
12 Noyabr 2015 12:00 İdmanABŞ-da türkiyəli basketbolçu ölü tapılıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul edən basketbolçu Michael Wright (Əli Qaradəniz) Nyu-Yorkda ölü tapılıb.
Əli Qaradənizin meyiti avtomobilin içində tapılıb. Onun hansı səbəbdən öldüyü və yaxud öldürüldüyü hələ bilinmir.
Qeyd edək ki, ABŞ-lı əsilli basketbolçu 2005-2006-cı illərdə Tükiyənin "Beşiktaş Türk Telekom", "Trabzonspor" və "Mersin Böyülşəhər Bələdiyyəsi" formalarını geyinib. Əli Qaradəniz son olaraq Fransanın "Cholet" klubunun şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31