Robben və Levandovski arasında gərginlik

"Bavariya"nın futbolçuları Aryen Robben və Robert Levandovski arasında gərginlik yaşanıb. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, mübahisə komandanın son məşqində baş verib. Məşq zamanı Levandovski Robbenin üzərinə qışqıraraq onu eqoist adlandırıb. Bundan sonra tərəflər arasında kiçik mübahisə yaşanıb. Lakin digər futbolçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. "Bavariya"nın idman direktoru Matias Zammer baş verən insidentlə bağlı bunları deyib: "Futbolçular bəzən əsəbiləşə bilər. Burada heç bir problem görmürəm. Düşünün, mənim futbolçu karyeramda nə qədər belə vəziyyətlərim olub". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31