"Bavariya"dan Qvardiolaya 17 milyon funt sterlinq

"Bavariya" baş məşqçisi Pep Qvardiola ilə müqaviləni yeniləmək üçün danışıqları davam etdirir. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Münhen klubu təcrübəli mütəxəssislə 2018-ci ilə kimi müqavilə imzalamaq istəyir. Bunun üçün "Bavariya" P.Qvardiolaya ilinə 17 milyon funt sterlinq qazanacağı müqavilə təklif edib. Almaniya klubundakı gələcəyi ilə bağlı qərarı hələ də verməyən P.Qvardiolanın bu təkliflə razılaşıb-razılaşmayacağı maraqla gözlənilir.

Qeyd edək ki, P.Qvardiolanın "Çelsi" və ya "Mançester Siti"yə keçə biləcəyi iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31