"Borussiya"nın futbolçusu millimizə qarşı oynamayacaq
11 Noyabr 2015 18:30 İdman"Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Yulian Vayql "Avro-2017"nin seçmə mərhələsində Almaniyanın Azərbaycanın U-21 yığması ilə keçiriləcək görüşdə meydana çıxa bilməyəcək. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb 20 yaşlı futbolçunun zədəli olmasıdır. Bundesliqanın 12-ci turunda "Şalke" ilə görüşdə 90 dəqiqə meydanda olan Vayql dizindən yüngül zədə alıb. Vestfaliyada müalicə olunan gənc futbolçunun noyabrın 17-də Avstriya ilə keçiriləcək matça qədər hazır vəziyyətə gətirələcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 13-də Reqensburqda millimizi qəbul edəcək Almaniyanın U-21 yığması, 4 gün sonra Avstriya ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31