Messi məşqlərə başladı

"Barselona"nın zədədən əziyyət çəkən futbolçusu Lionel Messi sağalıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu bu gün ilk məşqinə çıxıb. La Liqada "Las Palmas"la görüşdə zədələnən Messi bu gün topla çalışmalara başlayıb. Lakin onun noyabrın 21-də Madrid "Real"ı ilə keçiriləcək "El Klassiko"da iştirak edib-etməyəcəyi hələ də məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31