"Qalatasaray" Umut Bulutla müqaviləni yenilədi
10 Noyabr 2015 18:50 İdman"Qalatasaray" aparıcı futbolçularından olan Umut Bulutla müqaviləni yeniləyib. Qol.Az-ın klubun saytına isitinadən yaydığı xəbərə görə, 32 yaşlı hücumçu daha bir il "sarı-qırmızı"ların formasını geyəcək. Türkiyə millisinin də şərəfəini qoruyan futbolçunun İstanbul klubu ilə 2016-cı ilə qədər müqaviləsi var idi.
Qeyd edək ki, U.Bulut cari mövsüm "Qalatasaray"ın heyətində 15 oyuna çıxıb və iki qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31