"Liverpul"da ciddi itki
10 Noyabr 2015 18:40 İdman"Liverpul" ciddi itki ilə üzləşib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Mamadu Sako zədələnərək sıradan çıxıb. Premyer Liqanın 12-ci turunda "Kristal Palas"la görüşdə (1:2) zədələnən Fransa millisinin üzvünün ən azı 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Onun Almaniya yığması ilə keçiriləcək yoldaşlıq görüşdə meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, Fransa - Almaniya oyunu noyabrıb 13-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31