"Arsenal"dan getsəm..." – Venger
10 Noyabr 2015 18:35 İdman"Arsenal"ın baş məşqçisi Arsen Venger gələcək karyerası haqda danışıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransız mütəxəssis "Arsenal"dan gedəcəyi təqdirdə belə məşqçilik karyerasına davam edəcəyini bildirib: "Əgər "Arsenal"dan ayrılsam, karyeramı başa vuracağıma dair söz verə bilmərəm. İşimə davam edəcəm. Ancaq sözsüz ki, bu, İngiltərədə olmayacaq. Bu ölkədə yalnız "Arsenal"da çalışaram. Əminliklə deyə bilərəm ki, ölənə qədər "Arsenal"a sadiq qalacam. Daha öncə digər klublardan təkliflər almışdım. Ancaq "Arsenal"a görə hamısından imtina etdim. Özümü başqa klubda təsəvvür edə bilmirəm".
Qeyd edək ki, Venger 1996-cı ildən "Arsenal"ı çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31