Canlı yayım zamanı şok

Telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb

Çempionlar Liqasının oyununu yayımlayan "LeTV" telekanalında kuryoz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb.

Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu hətta oyunu televiziyadan izləyənlər də eşidib. Kuryoz hadisə zamanı onun digər həmkarı oyununun gedişatını tamaşaçılara çatdırmağa davam edib.

Ancaq digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib. Bu hadisə böyük səs-küyə səbəb olub. Bu səbəbdən kanal rəhbərliyi şərhçini işdən qovub.

Donq Lu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən "Real" - PSJ matçını şərh edirmiş. Bakı vaxtı ilə 23:45-də başlayan qarşılaşma, Çin saatı ilə 03:45-də start götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31