"Everton" əsas hücumçusunu satmağa hazırdır

"Everton" əsas hücumçusu Romelu Lukakunun transfer qiymətini açıqlayıb. Goal.az xəbər verir ki, PSG və "Juventus"un maraq göstərdiyi futbolçuya 64 milyon avro qiymət qoyulub. "Daily Mail" nəşri belçikalı forvardın Çempionlar Liqasında iştirak etmək istədiyindən "Everton"u mövsümün sonunda tərk edəcəyini yazır.

Qeyd edək ki, Mersisayd klubu 22 yaşlı futbolçunu ötən mövsüm 28 milyon funt qarşılığında "Chelsea"dən transfer etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31