Yığmamız adını dəyişdi
6 Noyabr 2015 18:50 İdmanQadın voleybolçular arasında Azərbaycan Superliqasının startı ərəfəsində ad dəyişikliyi rəsmiləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatda iştirakı son anda dəqiqləşən gənclər yığmamız daxili arenada yeni adla oynayacaq. Vüqar Əliyevin çalışdırdığı milli azarkeşləri qarşısına "Gənclik" kimi çıxacaq.
Qeyd edək ki, "Gənclik" bu gün başlayacaq Superliqada "Tbilisi" (Gürcüstan) ilə üz-üzə gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31